Natiq Əliyev "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ikinci iclasının bu ilin sonunda keçirilməsini təklif edib

Natiq Əliyev "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ikinci iclasının bu ilin sonunda keçirilməsini təklif edib
# 13 iyul 2015 14:46 (UTC +04:00)

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkələr arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğu qeyd edilib və bu sahədə əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin enerji təhlükəsizliyi baxımından yüksək perspektivlərindən bəhs edərək, qonaqlara Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

A. Hokstayn isə bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir və ABŞ Azərbaycanın strateji tərəfdaşı kimi gələcək layihələrə də dəstək verəcək. “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması istiqamətində işlərin gedişatını müzakirə etmək məqsədilə Azərbaycan tərəfindən ilin sonunda layihə üzrə Məşvərət Şurasının ikinci iclasının keçirilməsi təklif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR