Bank Of Baku

Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 28 iyun 2026 04:12 (UTC +04:00)
0:00 / 0:00
80%

ABŞ Prezidenti Donald Tramp İranın hücumlarını davam etdirməsi halında Vaşinqtonun yeni hərbi əməliyyatlara əl ata biləcəyini bəyan edib.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, İran atəşkəs razılaşmasını pozub. Onun sözlərinə görə, ABŞ hərbi aviasiyası İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də sahil radar sistemlərinə zərbələr endirib.

"Onlar heç vaxt nəticə çıxarmaya da bilərlər. Elə bir məqam gələ bilər ki, artıq səbirli davranmaq mümkün olmayacaq və başladığımız işi hərbi yolla tamamlamağa məcbur olacağıq", – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ yenidən genişmiqyaslı hərbi əməliyyata başlasa, "İran artıq mövcud olmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR