Paşha Bank
Bank Of Baku

Hörmüz boğazında iki neft tankeri minaya düşüb

Hörmüz boğazında iki neft tankeri minaya düşüb
# 24 oktyabr 2026 04:13 (UTC +04:00)

Hörmüz boğazının cənub hissəsində iki neft tankeri dəniz minalarına düşərək partlayıb.

APA xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, boğazın cənub marşrutu ilə hərəkət edən iki supertanker müəyyən edilmiş qaydaları pozaraq keçid etməyə çalışıb. Nəticədə gəmilər dəniz minalarına düşüb və partlayışlar baş verib.

SEPAH-ın məlumatına görə, hadisədən sonra hər iki tankerin ekipaj üzvləri gəmiləri tərk ediblər.

Qeyd olunub ki, tankerlər ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıyıb.

Hadisə nəticəsində xəsarət alanlar və neft sızmasının olub-olmaması barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR