ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi zərbə endirmək qərarını prezidentliyi dövründə qəbul etdiyi ən mühüm qərarlardan biri kimi qiymətləndirib.
APA xəbər verir ki, ondan İrana qarşı hərbi əməliyyatı təkrarlayıb-təkrarlamayacağını soruşublar və o, bu suala müsbət cavab verib.
Tramp bildirib ki, İrana hücumla bağlı yenidən qərar verməli olsaydı, eyni addımı atardı.