Bank Of Baku

Tramp İranla razılaşmaları Vensin imzalayacağını təsdiqləyib

ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ Prezidenti Donald Tramp

# 15 iyun 2026 21:08 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin iyunun 19-da Avropada İranla razılaşmaları imzalayacağını təsdiqləyib.

APA xəbər verir ki, Tramp G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə açıqlamasında özünün də mərasimdə iştirakını istisna etməyib.

“Bu, hadisələrin inkişafından asılıdır. Vens ora gedəcək. Əvvəldən bunun onun tərəfindən edilməsi nəzərdə tutulurdu. Mən yəqin ki, həmin vaxta qədər Avropadan ayrılacağam. Ola bilsin, mən də prosesə cəlb olum, ola bilsin, yox”, - deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, razılaşmanın mətni yaxın vaxtlarda dərc olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR