Pentaqon Avropada qüvvələrin yerləşdirilməsinin səbəbini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi CNN telekanılına müsahibə verib.
Onun sözlərinə görə, Amerika qüvvələrinin Avropada yerləşdirilməsinin səbəbi Rusiyadan deeskalasiya əlamətlərinin olmamasıdır. Con Kirbi, bunun NATO müttəfiqləri arasında narahatlıqlara səbəb olduğunu bildirib.