Bank Of Baku

Avropa Komissiyası Ukraynaya silah və hərbi texnika alınması üçün 1,76 mlrd. avro köçürüb

Avropa Komissiyası Ukraynaya silah və hərbi texnika alınması üçün 1,76 mlrd. avro köçürüb
# 16 noyabr 2026 17:30 (UTC +04:00)

Avropa Komissiyası (AK) Ukraynaya pilotsuz uçuş aparatları, raketlər, döyüş sursatları və hava hücumundan müdafiə sistemlərinin alınması üçün 1,76 milyard avro vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bu gün Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, vəsait Ukraynaya 90 milyard avroluq maliyyə dəstəyi proqramı çərçivəsində köçürülüb.

Uyvari qeyd edib ki, ayrılan vəsait hesabına ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər almaq mümkün olmayacaq. Çünki bu maliyyələşmə çərçivəsində alınacaq bütün silah və hərbi texnika Avropa İttifaqı ölkələrində və Ukraynada istehsal edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR