Bank Of Baku

Tramp miqrantların ABŞ-ı "zəhərlədiyini" deyib

Tramp miqrantların ABŞ-ı "zəhərlədiyini" deyib
# 06 sentyabr 2024 08:14 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları indiki administrasiya dövründə daha da pisləşən miqrasiya böhranı ilə üzləşib.

APA xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“İndi bizim əsas problemimiz ABŞ hakimiyyətinin ölkəyə buraxıldığı 21 milyon insandır. Onlar ölkəmizi "zəhərləyiblər". Onlar bura həbsxanalardan, psixiatriya xəstəxanalarından gəlirlər. Onların arasında terrorçular da var. Bu, bizim heç vaxt qarşılaşmadığımız ən çətin problemimizdir.”, - deyə o, Pensilvaniya ştatının Harrisburq şəhərində seçicilərlə görüşü zamanı deyib.

Qeyd edək ki, miqrasiya böhranı ABŞ-da cari seçki kampaniyasının əsas mövzularından birinə çevrilib. Respublikaçılar böhranın kəskinləşməsində demokratları günahlandırırlar.

Tramp dəfələrlə söz verib ki, seçkidə qalib gəlsə, ABŞ tarixində ən böyük miqrant deportasiyasını təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR