Paşha Bank
Bank Of Baku

Tramp narkokartellərə qarşı quru əməliyyatlarının gücləndiriləcəyini açıqlayıb

Tramp narkokartellərə qarşı quru əməliyyatlarının gücləndiriləcəyini açıqlayıb
# 15 oktyabr 2026 23:58 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkokartellərlə əlaqəli olduğu iddia edilən quru obyektlərinə zərbələrin intensivləşdiriləcəyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.

“Quru əməliyyatı əslində yeni başlayır. Bir neçə ay əvvəl buna start vermişik. Onların marşrutlarını, kartellərin harada yerləşdiyini və harada yaşadıqlarını bilirik. Onlara güclü zərbələr endiririk və bu zərbələr daha da intensivləşəcək”, – ABŞ Prezidenti deyib.

Tramp kartel üzvlərinin təslim olmaq üçün müəyyən vaxtlarının qaldığını bildirib.

O, həmçinin narkokartellərlə mübarizənin Meksika tərəfindən aparılmalı olduğunu, lakin bu ölkənin mövcud vəziyyətin öhdəsindən gələ bilmədiyini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR