Paşha Bank
Bank Of Baku

Almaniya "Nvidia" ilə süni intellekt layihəsinə yüz milyonlarla avro yatıracaq

Almaniya "Nvidia" ilə süni intellekt layihəsinə yüz milyonlarla avro yatıracaq
# 16 oktyabr 2026 00:37 (UTC +04:00)

Almaniya hökuməti ABŞ-ın “Nvidia” texnologiya şirkəti ilə sənaye sahəsində süni intellektin tətbiqinə dair genişmiqyaslı əməkdaşlıq sazişi bağlamağı planlaşdırır.

Bu barədə “Handelsblatt” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, layihə robototexnika və pilotsuz nəqliyyat vasitələrinin öyrədilməsi üçün fiziki süni intellektin inkişafını, həmçinin beynəlxalq bazarda rəqabət apara biləcək sənaye süni intellekt modellərinin hazırlanmasını nəzərdə tutur.

Almaniya hökumətinin layihəyə yüz milyonlarla avro ayırmağa hazır olduğu qeyd edilir. Vəsait hesablama güclərinin alınmasına və süni intellekt modellərinin öyrədilməsinə sərf olunacaq.

“Nvidia” isə layihəyə mühəndislərdən ibarət komanda cəlb etməyi planlaşdırır.

Təşəbbüsə “Siemens”, “Audi” və “Black Forest Labs” da daxil olmaqla təxminən 12 aparıcı Almaniya şirkətinin qoşulacağı gözlənilir.

Əməkdaşlığın gələn həftə Berlində keçiriləcək “Invest in Germany” investisiya sammitində rəsmən elan olunacağı bildirilir.

Oktyabrın 19-da Almaniya Kansleri Fridrix Mertsin “Nvidia” rəhbəri Censen Huanqla görüşü də planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR