Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 4 rusiyalı turist ölüb, daha 20-si xəsarət alıb

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 4 rusiyalı turist ölüb, daha 20-si xəsarət alıb
# 06 avqust 2015 18:41 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Rusiyanın Ankaradakı səfirliyinin press-attaşesi Aleksandr Leşukov bildirib.

Məlumata görə, Rusiya, Qazaxıstan və Litvadan olan turistləri daşıyan avtobus Dənizli bölgəsinin Pamukkale rayonu ərazisində qəzaya uğrayıb. Yerli mətbuatın xəbərinə görə, yolun yağışdan sonra sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib, nəticədə avtobus aşıb.

“Haber Denizli”-nin məlumatına görə, qəza nəticəsində ölənlərin sayı 6-ya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR