Azərbaycanda kredit götürənlərin sayı 2,5 mln. nəfərə yaxınlaşır - TƏHLİL

Azərbaycanda kredit götürənlərin sayı 2,5 mln. nəfərə yaxınlaşır - <span style="color: red;">TƏHLİL
# 04 sentyabr 2015 15:02 (UTC +04:00)

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 11 min 083 nəfəri hüquqi, 2 mln. 438 min 268-si fiziki şəxs, 22 min 951 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin iyul ayından indiyədək daha 302 776 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 550 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4 483 nəfərlik artım olub.

Təkcə 2015-ci ilin iyun ayı ilə müqayisədə iyulda bankdan kredit götürən fiziki şəxslərin sayında 15 191, sahibkarlıq subyektlərinin sayında 560, hüquqi şəxslərin sayında isə 34 nəfərlik artım olub.

Bu ilin iyul ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv 267 443 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 17 502 və ya 6,14% azalıb. Bu sorğuların 252 143-ü banklar tərəfindən daxil olub. 15 300 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

2015-ci ilin iyun ayı ilə müqayisədə iyul ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, iyunda 13 068 nəfər kredit tarixçəsini öyrənmək istəyib, iyulda bu göstərici 15 300-ə qalxıb. Başqa sözlə, iyun ayı ilə müqayisədə iyulda fiziki şəxslərin sorğularının sayı 17,08% artıb.

İyul ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 472 302, kredit məlumatlarının ümumi sayı isə 10 148 434 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 157 351-dir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR