Konqo Demokratik Respublikasının şərqində son iki gündə Demokratik Qüvvələr İttifaqı terror qruplaşmasının silahlıları tərəfindən azı 15 nəfər öldürülüb.
APA “France-Presse”ə istinadən xəbər verir ki, bu barədə yerli icmalar məlumat yayıb.
İcam nümayəndələrinin sözlərinə görə, iki hücum Şimali Kivu əyalətinin Beni bölgəsində baş verib.
Silahlılar avqustun 5-də Mbinqi kəndində 10 nəfəri öldürüblər. Ertəsi gün Mbinbaqidən təxminən bir kilometr aralıdakı kəndə hücum edərək daha 5 sakinin həyatına son qoyublar.
Terrorçulara müqavimət göstərmək üçün bölgəyə ordu birlikləri göndərilib.
Şimali Kivu əyaləti üzrə hərbi birliyin sözçüsü, briqada generalı Silvain Ekenge bildirib ki, 2014-cü ilin oktyabr ayından bu yana Beni bölgəsində yaraqlılarla döyüşlərdə 2000 əsgər həlak olub.