Bank Of Baku

Konqonun şərqində kəndə hücum edən terrorçular 15 nəfəri öldürüb

Konqonun şərqində kəndə hücum edən terrorçular 15 nəfəri öldürüb
# 07 avqust 2021 00:18 (UTC +04:00)

Konqo Demokratik Respublikasının şərqində son iki gündə Demokratik Qüvvələr İttifaqı  terror qruplaşmasının silahlıları tərəfindən azı 15 nəfər öldürülüb. 

APA “France-Presse”ə istinadən xəbər verir ki, bu barədə yerli icmalar məlumat yayıb.

İcam nümayəndələrinin sözlərinə görə, iki hücum Şimali Kivu əyalətinin Beni bölgəsində baş verib. 

Silahlılar avqustun 5-də Mbinqi kəndində 10 nəfəri öldürüblər. Ertəsi gün Mbinbaqidən təxminən bir kilometr aralıdakı kəndə hücum edərək daha 5 sakinin həyatına son qoyublar. 

Terrorçulara müqavimət göstərmək üçün bölgəyə ordu birlikləri göndərilib.

Şimali Kivu əyaləti üzrə hərbi birliyin sözçüsü, briqada generalı Silvain Ekenge bildirib ki, 2014-cü ilin oktyabr ayından bu yana Beni bölgəsində yaraqlılarla döyüşlərdə 2000 əsgər həlak olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR