Azərbaycanda ov mövsümü açıq elan olunub

Azərbaycanda ov mövsümü açıq elan olunub
# 01 iyun 2015 12:12 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, respublika ərazisində 2015-2016-cı illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanması müddətləri və normaları müəyyənləşdirilib. Vəhşi heyvanların və quşların sayının tənzimlənməsi məqsədilə onların ovlanmasına aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:

- Dağıstan turu (təkə) 30 may-17 oktyabr 2015-ci il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz;
- Qaban (çöl donuzu) 19 sentyabr-19 dekabr 2015-ci il tarixlərində, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
- Dovşan 14 noyabr 2015-ci il-09 yanvar 2016-cı il tarixlərində, 2 baş (adambaşına), Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı;
- Bataqlıq qunduzu (nutriya) 10 oktyabr 2015-ci il-20 fevral 2016-cı il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün);
- Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) 12 sentyabr–07 noyabr 2015-ci il tarixlərində, 6 ədəd (adambaşına), müvafiq ov sahələri və ovçuluq təsərrüfatları;
- Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla ) 10 oktyabr 2015-ci il –20 fevral 2016-cı il tarixlərində, 1 ədəd (adambaşına), su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları;
- Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla) 10 oktyabr 2015-ci il – 20 fevral 2016-cı il tarixlərində, 4 ədəd (adambaşına), su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları;
- Qaşqaldaq 10 oktyabr 2015-ci il-20 fevral 2016-cı il tarixlərində, 6 ədəd (adambaşına); su-bataqlıq ərazisi olan ovçuluq təsərrüfatları.

Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimidir:


- Dağıstan turu (təkə) - 24 manat 75 qəpik;
- Qaban (çöl donuzu) - 16 manat 50 qəpik;
- Dovşan - 2 manat 20 qəpik;
- Cüllüt – 31 qəpik;
- Ördək – 99 qəpik;
- Qaşqaldaq – 31 qəpik;
- Qaz – 2 manat 53 qəpik.

Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR