Bank Of Baku

Teymur Musayev: "Ölkədə vaksin sayı yetərincədir"

Teymur Musayev

© APA | Teymur Musayev

# 05 noyabr 2021 13:40 (UTC +04:00)

"Səhiyyə Nazirliyinin Ekspert Şurasının, Tibbi Elmi Şuranın qərarına əsasən, Azərbaycanda 12-18 yaşlı uşaqlar könüllü olaraq hər iki valideynin razılığı əsasında vaksinasiya oluna bilərlər".

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, həmin uşaqlara yalnız mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulur: "Ölkədə vaksin sayı yetərincədir. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda bütün vaksinlər var, təkcə öz vətəndaşlarımız deyil, ölkədə müvəqqəti və daimi yaşayan əcnəbilər də istədikləri vaksini seçib vurdura bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR