Bank Of Baku

Türkiyə Şimali Kiprə axtarış gəmisi göndərib itkinləri 500 metr dərinlikdə axtaracaq

Türkiyə Şimali Kiprə axtarış gəmisi göndərib itkinləri 500 metr dərinlikdə axtaracaq
# 30 avqust 2026 23:23 (UTC +04:00)

Türkiyə Şimali Kipr sahillərində batan gəmidə itkin düşənlərin axtarışı üçün bölgəyə gəmi göndərir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Turizm naziri Fikri Ataoğlu məlumat verib.

Onun sözlərinə görə, Girnə sahillərində batan gəmidə itkin düşən 18 nəfərin axtarışlarına qoşulmaq üçün Türkiyədən gəmi göndəriləcək.

Ataoğlu bildirib ki, gəminin böyük ehtimalla çərşənbə axşamı bölgəyə çatacağı gözlənilir.

Nazir axtarış-xilasetmə işlərinin sabah səhər də davam etdiriləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR