Bakıda avtomobillə vurulan piyada ölüb

Bakıda avtomobillə vurulan piyada ölüb
# 13 mart 2020 09:50 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Bakı şəhər sakini Mürvət Aslanı idarə etdiyi "Mercedes" markalı avtomobillə Heydər Əliyev prospektində yolu keçmək istəyən 1962-ci il təvəllüdlü İlqar Muradovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR