Finlandiyada neonasistlərin mitinqi zamanı 30-dək iştirakçı saxlanılıb

Finlandiyada neonasistlərin mitinqi zamanı 30-dək iştirakçı saxlanılıb
# 02 avqust 2015 01:41 (UTC +04:00)

Bakı-APA. Finlandiyanın Yuvyaskula şəhərində polis əməkdaşları “Fin müqaviməti” ultra sağçı təşkilatının təşkil etdiyi mitinq zamanı 30 nəfəri saxlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbər görə, yürüşdə 40-dək milliyyətçi iştirak edib.

Məlumata görə, aksiya əvvəlcə dinc keçib, lakin sonradan mitinq iştirakçıları yoldan keçənlərə xəsarətlər yetirməyə başlayıb.

İnsident ilə əlaqədar “kütləvi iğtişaşlar” və “xəsarət yetirmə” maddələri üzrə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR