Prezident İlham Əliyev Qırğızıstan və Malayziya rəhbərlərini Müstəqillik Günü Münasibətilə təbrik edib

Prezident İlham Əliyev Qırğızıstan və Malayziya rəhbərlərini Müstəqillik Günü Münasibətilə təbrik edib
# 29 avqust 2015 12:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, dövlətimizin başçısının Qırğızıstan Prezidenti Almazbek Atambayevə ünvanladığı təbrikdə deyilir: "Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram".

Prezident İlham Əliyevin Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha

ünvanladığı təbrik məktubunda isə deyilir:" Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR