Bank Of Baku

Tramp: Si Cinpinlə birgə Ukraynada müharibənin bitməsinə kömək etməyə çalışırq

ABŞ prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpin

© APA | ABŞ prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpin

# 19 noyabr 2026 10:45 (UTC +04:00)

ABŞ və Çin Ukrayna müharibəsinin başa çatmasını istəyir.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə deyib.

“Biz ikimiz də Rusiya və Ukraynaya müharibənin sonlandırılması ilə bağlı kömək etməyə çalışırıq”,- Tramp bildirib.

ABŞ Prezidenti hər ay müharibədə 25 min insanın öldürüldüyünü, həm özünün, həm də Si Cinpinin Ukrayna müharibəsinin başa çatmasını istədiyini vurğulayıb.

“Düşünürəm ki, siz və mən işlərin idarəçiliyində olduğumuz müddətcə, heç bir problemimiz olmayacaq”, - Tramp Çin liderinə xitabında deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR