Bank Of Baku

İlqar Musayev: Süni intellekt informasiya müharibələrinin və kiberəməliyyatların xarakterini dəyişir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev

© APA | Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev

# 19 noyabr 2026 10:27 (UTC +04:00)

Süni intellekt dövlətlərin texnoloji və iqtisadi imkanlarını genişləndirməklə yanaşı, informasiya müharibələrinin xarakterini, kiberəməliyyatların miqyasını və beynəlxalq təsir mexanizmlərini dəyişir.

“APA-Economics” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə bir şəraitdə kibertəhlükəsizliyə yalnız texniki müdafiə məsələsi kimi yanaşmaq artıq kifayət etmir:

“Bu gün texnologiyanın inkişafı yalnız iqtisadiyyatın vəsosial həyatın transformasiyasına deyil, həm dəbeynəlxalq münasibətlərin xarakterinin, dövlətlərarasırəqabətin və qlobal güc balansının dəyişməsinə səbəb olur. Rəqəmsal texnologiyalar, süni intellekt və kiberməkan artıq dövlətlərin strateji maraqlarının formalaşmasına, milli təhlükəsizlik siyasətinə və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərən amillərə çevrilib. Xüsusilə süni intellektin sürətli inkişafı bu dəyişikliklərə yeni ölçü qazandırır. Süni intellekt dövlətlərin texnoloji və iqtisadi imkanlarını genişləndirməklə yanaşı, informasiya müharibələrinin xarakterini, kiberəməliyyatların miqyasını və beynəlxalq təsir mexanizmlərini dəyişir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR