Bank Of Baku

MN nümayəndə heyəti Bolqarıstana səfər edib

MN nümayəndə heyəti Bolqarıstana səfər edib
# 19 noyabr 2026 10:17 (UTC +04:00)

Azərbaycan və Bolqarıstan müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin İdeoloji Təminat İdarəsinin nümayəndə heyəti bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edib.

Bu barədə APA-ya Müdafiə nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı tərəflər arasında "Hərbi qulluqçuların mədəni və sosial məsələlərinin mübadiləsi, həmçinin tətil, məzuniyyət və istirahət müəssisələrinin qarşılıqlı və səmərəli istifadəsinə dair" işçi görüşü keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti istirahət mərkəzlərinə baxış keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, səfər iki ölkənin hərbi qulluqçularının sosial məsələlərinin daha da yaxşılaşdırılması, qabaqcıl təcrübənin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR