Bu ilin sentyabrın 1-dən Rusiya neftinin ixrac rüsumu 3,2 ABŞ dolları məbləğində azaldılaraq bir ton üçün 64,6 dollar təşkil edəcək.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hazırda sözügedən göstərici 67,8 dollar təşkil edir.
Qeyd olunur ki, 15 iyul-14 avqust 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 70,69 dollar (öncəki ay 73,63 dollar) və ya bir ton üçün 516 dollar (öncəki ay 537,5 dollar) təşkil edib.