Zaqatalada yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Zaqatalada yol qəzasında 1 nəfər ölüb,  3 nəfər xəsarət alıb
# 13 mart 2020 08:02 (UTC +04:00)

Martın 12-dən 13-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Yevlax rayon Xaldan qəsəbə sakini, 40 yaşlı Seymur Məzahiq oğlu Əhmədovun idarəetdiyi “VAZ 21015” markalı minik avtomobili ilə Zaqatala rayon Qımır kənd sakini, 32 yaşlı Məcid İsmayıl oğlu Məcidovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili toqquşub.

Qəza zamanı Seymur Əhmədovun avtomobilində sərnişin qismində olan, 68 yaşlı Yevlax rayonu Xaldan qəsəbə sakini Xeyransa Həmidova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun avtomobildə sıxılmış halda qalan meyitini çıxarmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

Xəsarət alan Məcid Məcidov, Seymur Əhmədov və Seymur Əhmədovun digər sərnişini 16 yaşlı Yevlax rayonu Xaldan qəsəbə sakini Allahverdi Paşa oğlu Həmidov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR