Bank Of Baku

AMEA: 20 ildən sonra təqaüd yaşlı əhalinin sayı kəskin artacaq

Zakir Eminov

© APA | Zakir Eminov

# 13 dekabr 2021 13:30 (UTC +04:00)

“2016-cı ilə qədər ölkədə əhalinin illik sayı 116 min artıb. 2020-ci ildə isə əhali cəmi 52-55 min nəfər artıb”.

Bunu APA-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

O bildirib ki, bu ilin 9 ayında ölkədə cəmi 28 min nəfər artım olub: “Əhalinin sayının ildə 100 min nəfər az artması 5 ildə yarım milyon insan deməkdir. Buna pandemiyanın da təsiri var. Pandemiya məşğulluğa, insanların gəlirlərinə ciddi şəkildə təsir göstərib. Mənzil şəraiti, işlə təminatda xeyli problemlər var. Amma bu, çox ciddi problemdir və yaxın vaxtlarda həll olunmalıdır. Çünki əhalinin yaş strukturu dəyişir. Hazırda Azərbaycanın əmək qabiliyyətli əhalisinin sayı 70 faizdir. Bu o deməkdir ki, 20 ildən sonra ölkədə təqaüd yaşlı əhalinin sayı kəskin şəkildə artmış olacaq. Bu, dövlət üçün ciddi maliyyə çətinliyi deməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR