Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxışında deyib.
“Təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın - qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri həm birlikdə planlaşdıracağıq, həm də uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”, Yaşar Gülər bildirib.