ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinin yaxınlaşdığını düşünür.
APA xəbər verir ki, ABŞ lideri bu barədə Merilend ştatının Baltimor şəhərində çıxışı zamanı sanışıb.
“Biz hələ Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatmasına nail olmamışıq. Mən bunun üzərində işləyirəm. Düşünürdüm ki, bu, mənim üçün ən asan məsələ olacaq. Mən səkkiz müharibənin başa çatmasına nail olmuşam. Bu da kifayət qədər tezliklə baş verəcək. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Hərçənd belə görünmür. Amma bu, həqiqətən də yaxıdır”, - Tramp deyib.