SOCAR istiqrazları ilə bu il 1111 əqd bağlanılıb

SOCAR istiqrazları ilə bu il  1111 əqd bağlanılıb
# 27 dekabr 2019 16:01 (UTC +04:00)

Bu il ərzində Bakı Fond Birjasında SOCAR istiqrazları üzrə 1 111 əqd bağlanılıb.

"BTB Capital Investment Company"dən "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, əməliyyat aparılan istiqrazların sayı 9 496 745 ədəd olmaqla 13 847 489 ABŞ dolları məbləğində olub.

Qeyd edək ki, SOCAR istiqrazları 5 il müddətinə buraxılan dollar nominallı qiymətli kağızdır. İstiqrazların illik gəlirliyi 5% olmaqla faizləri rüblük ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR