PKK Türkiyədə terror aksiyaları törədib, 1 nəfər ölüb, 8 nəfər yaralanıb

PKK Türkiyədə terror aksiyaları törədib, 1 nəfər ölüb, 8 nəfər yaralanıb
# 07 avqust 2015 13:49 (UTC +04:00)

APA-nın “Miliyyet” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular Van-Başkalə yolu üzərindəki Bebleşin Jandarm Mərkəzinə partlayıcı quraşdırılmış avtomobillə hücum ediblər.

Müxtəlif silahlarla atəş açan terrorçulara hüquq-mühafizə orqanı əməkdaşları dərhal cavab veriblər. Terrorçular xeyli miqdarda partlayıcı maddə olan avtomobili jandarm mərkəzində partlatmağa nail olmayıblar.

Hadisə nəticəsində bir PKK-çı məhv edilib. Qəlpələrin kənara sıçraması nəticəsində dörd nəfər xəsarət alıb.

Daha bir hücum isə sərnişin avtobusuna edilib. İrana məxsus dövlət nömrə-nişanlı avtobusa Çaldıran-Doğubayazıt yolunda hücum edildiyi bildirilrir. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya aparılıblar. Hadisəni törədən şəxslərin tutulması üçün xüsusi əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR