Bərdədə bankomatda yanğın olub

Bərdədə bankomatda yanğın olub
# 26 avqust 2015 07:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bərdə rayonunda bankomat yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bərdə şəhərində "Kapital Bank" ASC-nin filialının qarşısında quraşdırılan bankomatın plastik kart daxil olan rezin hissəsi yanıb. Bankomatın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR