ABŞ-nin keçmiş prezidenti Donald Tramp Vladimir Zelenskinin Ukraynaya səfər təklifini rədd edib.
APA xəbər verir ki, bu barədə "Newsmax" televiziya kanalı məlumat yayıb.
“Mən prezident Zelenskiyə hörmət edirəm, lakin inanıram ki, hazırda Ukraynaya səfər etmək yersizdir”, - deyə Tramp bildirib.
Tramp bildirib ki, o Baydenlə bu məsələd konflikt yaratmaq istəmir
Xatırladaq ki, Zelenski NBC televiziyasına müsahibəsində Trampı Ukraynaya dəvət edib.