Kanada hazırda müttəfiqləri ilə birlikdə Əl Əhli xəstəxanasına hücumun kim tərəfindən törədildiyini araşdırır, lakin yekun nəticəyə gəlinməyib.
APA-nın məlumatına görə, bunu Kanadanın baş naziri Castin Trüdo jurnalistlərə deyib.
“Biz nə baş verdiyini dəqiq müəyyən etmək üçün müttəfiqlərlə sıx işləyirik. Ottava artıq ilkin sübutları əldə edib, lakin hazırda hələ son nəticəyə gəlməmişik” - Trüdo bildirib.