Azərbaycanla İsrail hava əlaqəsi haqqında hökumətlərarası saziş layihəsini razılaşdırıblar

Azərbaycanla İsrail hava əlaqəsi haqqında hökumətlərarası saziş layihəsini razılaşdırıblar
# 28 dekabr 2016 14:39 (UTC +04:00)

İsrail tərəfinin təklifi ilə 2016-cı il dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycanın və İsrailin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

Azərbaycan Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, danışıqlar zamanı tərəflər "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" layihəsini razılaşdırıblar.

İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib və hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR