Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri təsdiq edib

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikləri təsdiq edib
# 15 iyul 2015 19:47 (UTC +04:00)

APA-nın məlumatına görə, fərmana əsasən, Nazirlər Kabinetinə qanunların və Azərbaycan prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək;

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununun 21.1.5-ci maddəsinə uyğun olaraq, təhsili davam etdirmək üçün çağırışa möhlət verilən xarici ölkələrin təhsil müəssisələrinin siyahısını Azərbaycan prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək;

Həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununun 21.1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR