Paşha Bank
Bank Of Baku

Uitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə yeni sülh planını müzakirə edəcək

Uitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə yeni sülh planını müzakirə edəcək
# 09 oktyabr 2026 16:47 (UTC +04:00)

Bu gün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun müşaviri Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə müharibənin başa çatdırılmasına dair yeni planı müzakirə edəcəklər.

Bu barədə NBC News ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, görüşlərdə münaqişədə davam edən dalana son qoymağa kömək edəcək hərtərəfli yeni sülh planı müzakirə olunacaq.

“Danışıqlar müharibəyə son qoymağa çalışmaq məqsədilə münaqişənin bütün aspektlərini əhatə edən vahid yeni təklif üzərində cəmləşəcək”, – rəsmi şəxs vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR