Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub.
APA-nın xəbərinə görə, Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Qadın güləşçilərin mübarizəyə qoşulduğu dördüncü yarış günündə Azərbaycanı təmsil edən Mariya Stadnik (55 kq) 7-ci Avropa çempionluğunu rəsmiləşdirib.
Mariya Stadnik ilk 3 görüşünü asan qələbə ilə bitirən Mariya Stadnik finalda 32 saniyə ərzində rumıniyalı Emiliya Vuka qalib gəlib.