Bank Of Baku

ÜST: COVID-19-a yoluxma halları 80% artıb

ÜST: COVID-19-a yoluxma halları 80% artıb
# 11 avqust 2023 02:34 (UTC +04:00)

İyulun 10-dan avqustun 6-dək dünyada təxminən 1 milyon 500 min insan koronavirus infeksiyasına yoluxub.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, həmin vaxt ərzində 2500-dən çox insan dünyasını dəyişib.

Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 80 % artıb, ölənlərin sayı isə 57 % azalıb.

Dörd həftə ərzində dünyada 1 492 210 yoluxma halı və 2 560 ölüm halı qeydə alınıb.

Təşkilat mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19-un “əsas təhlükə olaraq qaldığını” bildirib.

ÜST diqqəti koronavirusun omikron ştamının EG.5 variantının yayılmasının artmasına yönəldib.

Avqustun 9-na olan məlumata görə, 48 ölkədə EG.5 müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR