® Samsung şirkəti Gəncədə müasir standartlara cavab verən kompüter otağını şagirdlərin istifadəsinə verib

<span style="color: red;">®  Samsung şirkəti Gəncədə müasir standartlara cavab verən kompüter otağını şagirdlərin istifadəsinə verib
# 05 avqust 2015 11:38 (UTC +04:00)

Bakı. APA-Economics. Samsung şirkəti tərəfindən Gəncəli şagirdlərə dəstək- Koreyadan gələn könüllülərdən ibarət 30 nəfərlik heyət “Samsung həftəsi” çərçivəsində əlindən gələni əsirgəməyib.

Müasir dünyamızda bir çox irimiqyaslı şirkətlər korporativ sosial məsuliyyətin nəticəsi kimi tək işçiləri üçün deyil, eyni zamanda cəmiyyətə faydalı olan layihələr reallaşdırmağa çalışırlar.

Samsung şirkəti korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycanda könüllülük prinsipinə əsaslanaraq faydalı layihə həyata keçirib. “Samsung həftəsi” adı ilə keçirilən bu layihə çərçivəsində Gəncə şəhər 2 saylı xarici dillər təmayüllü (ingilis, rus, ərəb, alman) liseyin ikinci mərtəbəsi qısa zamanda tam təmir olunub və müasir standartlara cavab verən kompüter otağı şagirdlərin istifadəsinə verilib. Koreyadan Azərbaycana gələn Samsung şirkətinin əməkdaşlarından ibarət 30 nəfərlik könüllülər qrupu Gəncə sakinləri ilə çiyin-çiyinə çalışaraq təhsilin inkişafına yönəlmiş bu tədbir çərçivəsində əməyini əsirgəməyib.

Qeyd edək ki, Azərbaycana gəlmiş 30 nəfərlik heyət 200-dən çox namizəd arasından seçilib və onların hər biri böyük həvəslə iki həftəlik məzuniyyətinin tən yarısını Azərbaycanda həyata keçirdikləri ödənişsiz əməyə həsr edib.

Abadlıq işləri ilə yanaşı Koreyadan gələn heyət şagirdlərə informasiya texnologiyaları sahəsində müxtəlif mövzulu təlimlər keçirərək yeniyetmələri ən son yeniliklər barədə məlumatlandırıblar.

Samsungun tərəfdaşı “Gələcəyə körpü” adlı gənclər təşkilatı Gəncə şəhərində bu layihənin icra olunmasında onlara xüsusi dəstək göstərib.

Samsung şirkətinin Bakı nümayəndəliyinin baş meneceri Hyundonq Kimin sözlərinə görə, Samsung həm Koreyada, həm də bu ölkənin hüdudlarından kənarda öz nüfuzunu qoruyub saxlamaqla yanaşı, fəaliyyət göstərdiyi ölkələrin inkişafına töhfə verməkdən qürur duyur. Təmənnasız olaraq görülən bu işlərin nəticəsində bir çox ölkələrdə ehtiyac duyulan sahələrdə nəzərəçarpan layihələr icra olunub.

Liseyin direktoru Pənah Səmədov Samsung şirkətinin lisey üçün gördükləri işləri yüksək qiymətləndirərək aparılmış abadlıq işləri və həyata keçirilən təlimlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, Samsung əməkdaşlarının könüllük proqramı Samsung'un yerli idarələrinin dəstəyi ilə fəaliyyət göstərdiyi ölkələrdə həyata keçirilir. İstənilən tədbirin həyata keçirilməsi qərarı qlobal səviyyədə qəbul edilir: proqrama start verməzdən əvvəl Samsung rəhbərliyi regionların analizini aparır, onların həmin fəaliyyətlər üçün ehtiyacını və hazırlığını aşkar edir və həmçinin sonrakı inkişaf potensialını qiymətləndirir. İndiyədək Samsung şirkəti 300-dən artıq işçisini xarici ölkələrdə könüllülər hərəkatına cəlb edərək Zambiya, Hindistan, Vyetnam, Braziliya, Efiopiya və digər ölkələrdə müxtəlif layihələr həyata keçirib. Layihələr arasında məktəb, xəstəxana və kitabxanaların təmiri, kompüter otaqlarının təşkili, şagird və müəllimlər üçün IT təlimlərinin keçirilməsi xüsusi yer tutur. Könüllü qruplarına daxil olmaq üçün sosial fəallıq, ingilis dilini yüksək səviyyədə bilmək və bu sahədə təcrübəli olmaq tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR