Yaponiya səfiri tələbələrlə görüşüb

Yaponiya səfiri tələbələrlə görüşüb
# 12 noyabr 2016 09:43 (UTC +04:00)

Azərbaycan Gənc Diplomatlar Birliyi "Auditoriyada səfirdir" layihəsi çərçivəsində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinlə görüş keçirib.

APA-nın xəbərinə görə, tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirli bildirib ki, Azərbaycan dövlətinin siyasətində ikitərəfli əlaqələr prioritet istiqamətlərdən biridir: "Bu siyasət balanslaşdırılıb. Bizim Avropa və Asiya regionu ölkələri ilə əlaqələrimiz inkişaf edir. Yaponiya da bu ölkələrdən biridir. Yaponiyada elə, təhsilə çox böyük diqqət var. Yaponiyanın dünya siyasətində böyük rolu var və humanitar layihələrin həyata keçirilməsində Yaponiyanın Azərbaycandakı Səfirliyinin böyük rolu var".

Səfir Tsuquo Takahaşin isə çıxışında fəaliyyəti haqqında tələbələrə məlumat verərək bildirib ki, artıq 30 ilə yaxındır ki, Yaponiya Xarici İşlər Nazirliyində çalışır. O, diplomat kimi təcrübəsini tələbələrlə bölüşüb: "Yaponiyada Xarici İşlər Nazirliyində əsasən dil bilgisinə önəm verilirdi. Əsas məsələ odur ki, diplomatlar işləyəcəyi ölkə haqqında məlumatlı olmalıdırlar. Diplomat olan şəxs həm də tez əsəbləşməməli, qanunlara hörmətlə yanaşılmalı, digər ölkələr haqqında pis bir şey söyləməməlidir. İctimai və şəxsi məsələləri bir-birinə qatmamalıdır".

Sonra səfir tələbələrin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR