Gəmiçiliklə bağlı medallar təsis olunur

Gəmiçiliklə bağlı medallar təsis olunur
# 27 mart 2018 11:32 (UTC +04:00)

Azərbaycanda gəmiçilik sahəsində çalışanlar üçün medallar təsis edilir.

APA-nın məlumatına görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə “Gəmiçilik sahəsində xidmətlərə görə” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi təqdim olunub.

Layihədə medalların forması təsvir edilib.

Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR