Avropa Auditorlar Məhkəməsi: Ukrayna Avropanın ən korrupsiyalaşmış ölkəsidir

Avropa Auditorlar Məhkəməsi: Ukrayna Avropanın ən korrupsiyalaşmış ölkəsidir
# 07 dekabr 2016 06:56 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) maliyyə yardımlarına baxmayaraq, Ukrayna Avropanın ən korrupsiyalaşmış ölkəsi olaraq qalır.

APA-nın məlumatına görə, bu barədə Avropa Auditorlar Məhkəməsinin məruzəsində bildirilir. Məruzədə qeyd olunur ki, qurumun 2007-ci ildən 2015-ci ilədək verdiyi dəstəyin məhdud təsiri olub.

Göstərilən yardım islahatların keçirilməsinə impuls versə də, əldə olunan nailiyyətlər “həssasdır”.

7 il ərzində Aİ korrupsiya ilə mübarizə, qaz sektoru və maliyyə idarəetməsi sahəsində islahatlara 11.2 milyard avro ayırıb. Ukraynanın üzləşdiyi problemlər islahatların keçirilməsinə təsir edir, sabiq və hazırkı oliqarxlarla bağlı risklər isə yüksəkdir. Oliqarx klanların iqtisadiyyat, siyasət və KİV nüfuzu güclü olaraq qalır.

"Bizim audit zamanı biz dövlət idarəetməsində islahatların aparılmasına güclü siyasi iradə müşahidə etdik. Lakin idarəetmə sistemində dəyişikliklər islahatları təhlükə altına aldı, aşağı əməkhaqqı isə korrupsiyaya yol açdı. Məqsədə nail olmaq üçün əlavə addımlara ehtiyac var", - Avropa Auditorlar Məhkəməsinin üzvü Şabolts Fazakas deyib.

Məruzədə rəsmi Kiyevə tövsiyələr də yer alıb.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR