DİN: Zaqatala-Balakən rayonlarında keçirilən əməliyyatlarda ETSN-in əməkdaşları da iştirak edib

DİN: Zaqatala-Balakən rayonlarında keçirilən əməliyyatlarda ETSN-in əməkdaşları da iştirak edib
# 28 iyul 2017 11:18 (UTC +04:00)

İyulun 25-26-da Zaqatala-Balakən rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən kompleks tədbirlərdə Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti əməkdaşları ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları da yaxından iştirak edib.

Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev bildirib. O deyib ki, üç dövlət qurumunun birgə həyata keçirdiyi həmin tədbirlər nəticəsində ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb və 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub.

İ. Babayev həmçinin qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı belə zəruri tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, Balakən və Zaqatala rayonları ərazilərində həyata keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərə Daxili Qoşunlara məxsus helikopterlər də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR