MM-də 2018-ci ilin büdcə zərfinin müzakirələri davam edir

MM-də 2018-ci ilin büdcə zərfinin müzakirələri davam edir
# 23 noyabr 2017 09:03 (UTC +04:00)

Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi bu gün davam edəcək.

APA-nın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.

Hökumət üzvlərinin də iştirak etdiyi iclasda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları müzakirə ediləcək.

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR