Azərbaycan Premyer Liqasında mövsüm başa çatıb

Azərbaycan Premyer Liqasında mövsüm başa çatıb
# 21 may 2018 20:02 (UTC +04:00)

Topaz Premyer Liqasında 2017/18 mövsümü başa çatıb. Apasport.az saytının məlumatına görə, mövsümə “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulub.

Ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra ilk 3 yerdə qərarlaşmış komandalar medallarına qovuşublar.

Komandalara mükafatlarını AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev təqdim edib.

Qeyd edək ki, “Qarabağ” mövsümü birinci, “Qəbələ” ikinci, “Neftçi” isə üçüncü pillədə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR