Gömrük nəzarətindən gizlədilən 10 min ədəd siqaret aşkar edilib

Gömrük nəzarətindən gizlədilən 10 min ədəd siqaret aşkar edilib
# 02 fevral 2017 09:27 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR