Gürcüstanda iqtisadi artım 4,7% təşkil edib

Gürcüstanda iqtisadi artım 4,7% təşkil edib
# 18 sentyabr 2017 12:30 (UTC +04:00)

2017-ci ilin ikinci rübündə Gürcüstanda ÜDM-in artım tempi 4,7% təşkil edib.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, nominal ÜDM 9,066 mlrd. lari olub.

ÜDM-in böyük həcmi sənaye (16,7%) və ticarətə (15,2%) aiddir. Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 2 438, 3 lariyə bərabər olub.

ÜDM-in real artımı ən çox tikinti (16,4%), mehmanxana və restoranlar (12,9%) və faydalı qazıntıların hasilatı (7,4% ) sahəsində qeydə alınıb. Kənd təsərrüfatı (-2,4%) və elektrik enerjisi, qaz və su təminatı (-0,9%) sahələrində isə ÜDM istehsalı azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR