Angela Merkel: “Berlində 12 nəfərin öldüyü hadisə terror aktıdır”

Angela Merkel: “Berlində 12 nəfərin öldüyü hadisə terror aktıdır”
# 20 dekabr 2016 12:03 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel Berlində yük maşınının Milad yarmarkasında insanları əzməsi hadisəsini terror aktı adlandırıb.

APA-nın “Reuters”-ə istinadən yaydığı məlumata görə, hadisədə təqsirli bilinənlərin cəzalandırılacağını deyib.

“Hazırda araşdırma aparılır. Hadisəni törədən Almaniyada sığınacaq almış qaçqındırsa, o zaman bu, bizim üçün daha ağırdır. Çünki sığınacaq verdiyimiz, kömək etdiyimiz insan bizə qarşı bunu etmiş sayılır” – deyə, Merkel əlavə edib.

Qeyd edək ki, dekabrın 19-da Pakistan əsilli, 1993-cü il təvəllüdlü Naved B. idarə etdiyi yük avtomobilini Berlində Milad yarmarkasındakı insanların üzərinə sürüb. Nəticədə 12 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR