Gürcüstanın xarici ticarət dövriyyəsi 13% artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 13% artıb
# 13 dekabr 2017 08:56 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 9 mlrd. 563,9 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% çoxdur.

Cari ilin 11 ayı ərzində qonşu ölkənin ixracı 27% artaraq 2 mlrd. 439, 8 mln. dollar, idxal isə 8,8% artaraq 7 mlrd. 124,1 mln. dollar təşkil edib.

Ticarət dövriyyəsinin kəsiri 4 mlrd. 684,3 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR