İtaliyanın hərbi gəmiləri dənizdə qəzaya uğrayan 1300 afrikalı miqrantı xilas edib

İtaliyanın hərbi gəmiləri dənizdə qəzaya uğrayan 1300 afrikalı miqrantı xilas edib
# 14 may 2015 23:55 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, xilas olunanlar arasında çoxlu sayda qadın və uşaq var.

Qeyri-qanuni miqrantlar Liviya sahillərindən 60 km aralıda dörd qayıqda aşkarlanıb. Xilas olunanlar İtaliyaya məxsus hərbi gəmilərlə Siciliya adasındakı Kataniya limanına aparılır.

Bundan əvvəl BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Bernardino Leon 500 minədək liviyalının Cənubi Avropaya qaçmaq niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR